Alen Simonyan: İbrahim Rəisinin Ermənistana səfəri planlaşdırılırdı

Tarix: 22.05.2024 11:06

İranın helikopter qəzasında həlak olan Prezidenti İbrahim Rəisi yaxın vaxtlarda Ermənistana səfərə hazırlaşırdı.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib

Onun sözlərinə görə, qəzadan əvvəl İbrahim Rəisinin səfərinə hazırlıq işləri aparılıb.

Simonyan əlavə edib ki, səfər 19 may tarixinə planlaşdırılsa da, sonradan təxirə salınıb.

Xəbər Lenti