Şənbə, 12 İyul, 2025
Tarix: 12.07.2025 11:20
Kursk vilayətinin azad edilməsində Şimali Koreya hərbçilərinin iştirakı Moskva ilə Pxenyan arasındakı münasibətlərin qardaşlıq xarakterini təsdiqləyir.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Vonsanda şimali koreyalı həmkarı Tsoy Son Xi ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Lavrov bildirib ki, Rusiyanın Şimali Koreya hərbçilərinin Ukraynadakı müharibədə iştirakına dair təklifdən imtina etmək üçün “heç bir səbəbi yox idi”.
Onun sözlərinə görə, “koreyalı dostlar” “xüsusi hərbi əməliyyatın” bütün məqsədlərinə və Rusiya rəhbərliyinin və Rusiya ordusunun hərəkətlərinə birmənalı dəstək verdiklərini təsdiqləyiblər.