Şənbə, 12 İyul, 2025
Tarix: 25.02.2025 11:51
“Bitcoin”in qiyməti 90 min dollardan aşağı düşüb.
"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 11:25-də “CoinMarketCap” platformasında 89 626 ABŞ dollarına enib. Son sutkada "Bitcoin" 6,55% ucuzlaşıb.
Bitcoin ilə yanaşı, "Ethereum", "Solana" və "XRP" kimi altcoinlər də son 24 saat ərzində 12%-dən 16%-ə qədər dəyər itirib.
Qeyd edək ki, “Bitcoin”in qiyməti yanvarın 13-dən bəri ilk dəfə 90 min dollardan aşağı enib.