Çərşənbə axşamı, 8 İyul, 2025
Tarix: 25.03.2024 12:48
Sabirabadda avtomobil piyadanı vuraraq ağır yaralayıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb. "QAZ-31" markalı avtomobil Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1990-cı il təvəllüdlü Vahidov Tarıverdi Nadim oğlunu vurub. Piyada ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.