Şənbə, 12 İyul, 2025
Tarix: 02.08.2024 16:03
Böyük Britaniya səfiri Fergus Auld bu gün Qazaxın Qızılhacılı kəndində baş vermiş mina partlayışı ilə bağlı paylaşım edib.
APA xəbər verir ki, paylaşımda deyilir:
"Qızılhacılı kəndində mina partlayışı nəticəsində DSX və ANAMA əməkdaşlarının yaralanma xəbərindən çox təəssüfləndim. Onlara tezliklə sağalmalarını arzulayıram. Mina təhlükəsinə qarşı mübarizədə tərəfdaşlarımızla işləməyə davam edəcəyik", o bildirib.