Azərbaycanda yanvarda gündəlik neft hasilatı üzrə göstəricilər açıqlanıb

Tarix: 13.02.2025 11:54

Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 74,5 min ton və ya 559 min barel olub.

"APA-Economics" xəbər verir ki, bunun 61,7 min tonunu (454 min barel) xam neft, 12,8 min tonunu (105 min barel) kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 38-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

Beləliklə, Azərbaycan yanvar ayında "OPEC+" çərçivəsində kvotasından 97 min barel geridə qalıb.

Xəbər Lenti