Çərşənbə, 9 İyul, 2025
Tarix: 25.02.2025 11:58
Azərbaycanın su mənbələrinin 70%-i başqa ölkələrdən gələn sular hesabına formalaşır.
"APA-Economics" xəbər verir ki, bunu "Su aydınlıqdır" adlı tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı deyib.
O qeyd edib ki, Azərbaycan su ilə bağlı risk qrupuna daxil ölkələr siyahısındadır: "Bunun üçün də ölkə Prezidenti tərəfindən müntəzəm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də 2024-cü ildə su strategiyası ilə bağlı verilmiş fərmandır. Bu istiqamətdə Agentlik olaraq planlı formada üç mərhələli işlərimiz aparılır. İlk növbədə fəaliyyətin təkmilləşdirilməsi, problemlərin aradan qaldırılması üçün təkliflər hazırlanması və yekunda ölkə əhalisini təmiz, keyfiyyətli su ilə təmin etmək bizim üçün əsas vəzifələrdəndir".