Bərdədə binanın eyvanı uçub, yaralanan var

Tarix: 15.03.2025 11:47

Bərdədə yaşayış binasının eyvanı uçub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. İlkin məlumata görə, uçqun nəticəsində yaralananlar olub.

Hadisə yerinə FHN-nin xilasediciləri və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

FHN-dən APA-ya verilən məlumata görə, uçkunun altında qalan 1 qadın xilas olunub.

Xəbər Lenti