Çərşənbə, 9 İyul, 2025
Tarix: 27.03.2025 11:43
Gürcüstanın Kutaisi şəhərində avtomobilin çaya düşməsi nəticəsində 3 nəfər ölüb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Məlumata görə, yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərək Tskaltsitela körpüsündən çaya düşüb. Qəza nəticəsində avtomobilin sürücüsü və sərnişinləri hadisə yerində ölüblər.
Əraziyə patrul və təcili yardım qrupları cəlb edilib, faktla bağlı araşdırma aparılır.