Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşını ölkədən çıxarır

Tarix: 14.04.2025 11:22

Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşına ölkəni tərk etmələri üçün 48 saat vaxt verib.

APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib.

“Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşından 48 saat ərzində ölkəni tərk etmələrini tələb edib”, - Fransa XİN rəhbəri qeyd edib.

O bildirib ki, bu qərar Fransada üç Əlcəzair vətəndaşının həbsi ilə bağlıdır.

Nazir vurğulayıb ki, Əlcəzairin atdığı bu addım cavabsız qalmayacaq.

Xəbər Lenti