Azərbaycanda tikinti materiallarının istehsalı 9%-dən çox azalıb

Tarix: 19.04.2025 11:40

Bu ilin birinci rübündə Azərbaycanda 279,8 milyon manat dəyərində tikinti materialı istehsal olunub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5% azdır.

Dövr ərzində təbii asfaltın istehsalı 41,3%, gips məmulatlarının istehsalı 29,2%, beton istehsalı 12,8%, tikinti şüşəsinin istehsalı 8,9%, sement istehsalı isə 4% azalıb.

Xəbər Lenti