Çərşənbə, 9 İyul, 2025
Tarix: 22.04.2025 11:47
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Tbilisidə səfərdə olan ATƏT Baş Katibi Feridun Sinirlioğlu ilə regional təhlüksizlik məsələlərini müzakirə edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Maka Boçorişvili görüşdən sonra birgə mətbuat konfransında deyib.
Gürcüstanın iki rayonu - Abxaziya və Sxinvali Rusiyanın işğalı altındadır və Rusiya Gürcüstanın ərazi bütövlüyünü pozmaqda davam edir. Sizin özünüzüz işğal xəttinə səyahət etmək, ölkənin ortasındakı tikanlı məftilləri öz gözlərinizlə görmək, işğalın ağır humanitar nəticələrini öyrənmək imkanınız olacaq. Biz həmçinin işğal olunmuş ərazilərdə təhlükəsizlik və insan haqları üzrə beynəlxalq mexanizmlərə çıxışın təmin edilməsini vacib hesab edirik. Gürcüstan regionda sülh və sabitlik istəyir”, - Maka Boçorişvili qeyd edib.
10:28
ATƏT Baş katibi Feridun Sinirlioğlu Gürcüstana səfərə gəlib.
APA-nın Tbilisi müxbiri Gürcüstan XİN-ə istinadən xəbər verir ki, Sinirlioğlu Gürcüstanın XİN başçısı Maka Boçorişvili ilə görüşərək mətbuata birgə açıqlama verəcək.
Baş katibin Gürcüstanın digər dövlət və hökumət nümayəndələri ilə də görüşləri planlaşdırılıb. Sinirlioğlu həmçinin Gürcüstanın işğal xəttinə səfər edərək yerdəki vəziyyətl tanış olacaq.