Rusiyada meşə yanğınlarında itkin düşən üç yanğınsöndürənin meyiti tapılıb

Tarix: 02.05.2025 11:57

Rusiyanın Zabaykalye regionunda meşə yanğınlarının söndürülməsi zamanı üç yanğınsöndürən həlak olub.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, aprelin 23-dən itkin düşmüş sayılan yanğınsöndürənlərin meyitlərini Aviasiya və Meşə Təsərrüfatının Mühafizəsi Xidmətinin əməkdaşları sonuncu məntəqədən 10 kilometrlik məsafədə aşkarlayıb.

Bu şəxslərin itkin düşməsi barədə ilkin məlumat isə aprelin 28-də yayılıb.

Xəbər Lenti