Xankəndidə ilk dəfə qəbul imtahanı keçirilir - FOTO

Tarix: 25.05.2025 11:46

İlk dəfə Xankəndi şəhərində qəbul imtahanı keçirilir.

APA-nın xəbərinə görə, Qarabağ Universitetində keçirilən imtahanda Xankəndi, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edirlər.

Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verirlər.

Xəbər Lenti