Son bir ayda vaxtı keçmiş kreditlər 1%-dən çox artıb

Tarix: 25.06.2025 11:36

Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1,1% artaraq 508,3 milyon manata yüksəlib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Ölkədə vaxtı keçmiş kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 13%, son 1 ildə isə 9 % artıb. Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisi isə dəyişməyərək 1,7 % təşkil edib.

Xəbər Lenti